Özbəkistanda qaz tarifləri 2015-ci ilin 1 oktyabrından əhali və müəssələr üçün artacaq. Bu barədə “Özbəkneftqaz” şirkətinin məlumatında bildirilir.
Oktyabrın 1-dən əhali qrupu üçün bir kub metr qazın qiyməti indiki 194.7 soma qarşı 208.92 som təşkil edəcək. Saygac olmadıqda bir kub metr qazın qiyməti 361,3 som olacaq.
Əvvələr qaz tarifləri Özbəkistanda cari ilin mayında artırılmışdı.
Həmçinin oktyabrın 1-dən ölkədə soyuq su tarifi 8%, mərkəzi isitmə və isti su tarifləri 5.2%, elektrik enerjisi tarifi – 8% artacaq.