Bu gün neftin qiymətləri dünya bazarlarında yenidən kəskin ucuzlaşmağa başladı. London əmtəə birjasında (İCE) Bakı vaxtı ilə saat 22.35-ə olan məlumata görə, Brent markalı neftin 1 barelinin qiyməti 47,39 dollar təşkil edib. Neftin qiyməti həmin zamana 2,49% ucuzlaşıb.
Neftin qiymətlərinin ucuzlaşmasına əgər günün birinci yarısında əsasən Çindən gələn neqativ xəbərlər təsir edirdisə (Çün sənaye şirkətlərinin səhmləri ucuzlaşmada davam edirdi), axşama doğru buna Birləşmiş Millətlər Təşkilatında gələn siyasi xəbərlər də əlavə olundu. Belə ki, Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyası prezidentlərinin Nyu-Yorkda BMT tribunasından çıxışları ona dəlalət edirdi ki, Vaşinqton və Moskva arasında hər hansı “yumşalmanı” yaxın perspektivdə gözləmək əbəsdir. Bu isə bazarlara neqativ təsir edən amildir.