Prezident İlham Əliyev “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) marketinq və investisiyalar üzrə vitse-prezidentinin müavini Bəylərbəyov Vitaliy Vladimiroviç “Şöhrət” ordeni ilə, SOCAR-ın hüquq İdarəsinin rəisi Eldar Orucov Ağaverdi oğlu isə “Əməkdar hüquqşünas” fəxri adı ilə təltif edilib.
Ümumiyyətlə, dövlət başçısının sərəncamı ilə 44 nəfər təltif edilib.