Bazar ertəsi, Oktyabr 5, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İran ciddi-cəhdlə SOCAR-la Xəzərdə birgə kəşfiyyat layihəsinə başlamaq istəyir

03/09/2015
5
BAXIŞ
Share on FacebookShare on Twitter

caspian-space

İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkətinin (KEPCO) geologiya, geofizika, geodeziya, qazma və hasilat üzrə aparıcı mütəxəssisləri Azərbaycana səfərin yekunlarını müzakirə etmək məqsədi ilə SOCAR-ın baş ofisində şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə görüşüblər.

SOCAR mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Xoşbəxt Yusifzadə ölkələrimiz arasında neft-qaz sənayesində əməkdaşlığın çoxillik tarixə malik olduğunu xatırladıb, qeyd edib ki, uzun fasilədən sonra neft-qaz yataqlarının axtarışı və işlənməsi sahəsində əməkdaşlıq imkanı yaranmışdır və bu imkandan yüksək səviyyədə istifadə olunmalıdır.

KEPCO-nun geoloji-kəşfiyyat üzrə direktoru Yusif Etemadi yüksək elmi potensiala və kadr resurslarına malik SOCAR-ın idarə və müəssisələrində keçirilən görüşlər zamanı Azərbaycanın neft-qaz sənayesində tətbiq olunan yeni texnologiyaların böyük maraq kəsb etdiyini söyləyib, bildirib ki, səfər çərçivəsində Xəzər dənizində, eləcə də qurudakı neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi sahəsində zəngin təcrübəyə malik Azərbaycan neftçiləri ilə geniş fikir mübadilələri aparıb, istifadə olunan texniki-texnoloji proseslərlə tanış olub, birgə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Qonaqlar Azərbaycanda geodeziya və hidroqrafiya mütəxəssislərinin, geofiziklərin, qazmaçıların gördükləri işlərə xüsusi maraq göstərdiklərini qeyd etmiş, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıblar.

Palçıq vulkanlarının təzahürləri və quyuların qazılmasına təsiri, dərin sularda qaz hidratlarının öyrənilməsi, onların ehtiyatlarının hesablanması, neft-qaz sənayesində tətbiq olunan müasir kompüter proqramlarının birgə mənimsənilməsi, regional seysmik məlumatların birgə araşdırılması və ümumi stratiqrafiyanın, struktur-tektonik xüsusiyyətlərin öyrənilməsi və digər məsələlər Azərbaycan və İran neftçiləri arasında əməkdaşlığın perspektiv istiqamətləri kimi müəyyən edilib.

Akademik Xoşbəxt Yusifzadə ölkələrimiz arasında enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu söyləyib, neft-qaz sənayesində əməkdaşlığın iki ölkənin iqtisadi inkişafına daha böyük töhfələr verəcəyinə əminliyini bildirib, bu görüşlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.

iraniGörüşdə səslənmiş qarşılıqlı təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2014-cü ilin ilin avqustunda SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin rəhbərlik etdiyi mütəxəssislər qrupunun İran İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin Xəzər Kəşfiyyat və Hasilat Şirkəti (KEPCO) ilə SOCAR arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, neft-qaz sənayesində əməkdaşlığın genişləndirilməsi məqsədi ilə vaxtaşırı görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması zəruri hesab edilib. Bununla əlaqədar, bu il avqustun sonunda KEPCO-nun geoloji-kəşfiyyat üzrə direktoru Yusif Etemadinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edib, SOCAR-ın Geofizika və Geologiya İdarəsində, “Neftqazelmitədqiqatlayihə” İnstitutunda və “Azneft” İstehsalat Birliyində azərbaycanlı həmkarları ilə görüşlər keçiriblər.

 

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.