İndoneziyanın energetika və mədən sənayesi naziri Dudirman Said bildirib ki, cari ilin dekabrında onun ölkəsi yenidən OPEK-in tamhüquqlu üzvü olacaq.
Cari ilin iyununda nazir bildirmişdi ki,ölkəsi ümid edir ki,4 dekabr tarixində Vyanada baş tutacaq OPEK-in növbəti iclasında üzvülüyü bərpa ediləcək.
İndoneziya Cənub-Şərqi Asiyada ən böyük neft istehsalçısıdır, lakin 2000-ci illərin əvvəlində, onun xalis idxalatçı oldu.İndoneziya höküməti artmaqda olan daxili istehlakı qarşılamaq üçün neft hasilatını artırmaq niyyətindədir.