Bazar ertəsi, İyul 20, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Gulf Drilling Azerbaijan” yeni qazma qurğusunun təqdimatını keçirib

24/09/2015
10
BAXIŞ
Share on FacebookShare on Twitter

gulf_drillingDünən “Gulf Drilling Azerbaijan” şirkəti (“Gulf Drilling Supply FZE” şirkətinin törəmə müəssisəsi, BƏƏ) yeni qazma qurğusunun təqdimatını keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri təqdimatdan məlumat verib.

Şirkətin sifarişi ilə Çində hazırlanan “ZJ-20” modelqurğusu ən son texnoloji yeniliklərdən istifadə olunaraq hazırlanıb və tam həcmdə xarici sərmayə hesabına maliyyələşdirilib. Qurğunun quruda yerləşən neft və qaz yataqlarında 2000-2400 m dərinliyədək qazma, köhnə quyularda isə 4500 m dərinliyə qədər əsaslı təmir işləri aparma imkanı var.

Yeni qurğunun nominal qaldırma imkanı isə 120 ton təşkil edir. “ZJ-20” model qazma qurğusunun mühərrikinin gücü 450 kVt, yaxud da 610 at gücü, qüllənin hündürlüyü isə 35 metrdir.

Avqust ayının əvvəlində Azərbaycana gətirilən qurğu “Ramanı” yatağı ərazisində quyu qazılacaq ərazidə quraşdırılıb. Artıq şirkət qurğu üçün iş həcmini də müəyyənləşdirib. Qurğu ilkin olaraq “AzGerneft”MMC-nin sifarişi ilə qazma aparacaq. Bu müəssisə üçün bu il 2, 2016-cı ildə 4 quyu qazılacaq.

“Qurğu gələcəkdə təkcə “Ramanı”da deyil, digər ərazilərdəki yataqlarda da istifadə oluna bilər. Başqa şirkətlərdə də həmin dərinliyə uyğun yeni qurğu üçün iş olacağını düşünürük. Əminik ki, qurğu qısa müddətdə sərf olunmuş sərmayəni geri qaytara biləcək. Qurğunun hazırlanmsına 5 mln. manat sərmayə qoyulub”, – deyə təqdimat mərasimində “Gulf Drilling Azerbaijan” şirkətinin direktoru İlham Babayev bildirib.

Qurğunun əsas üstünlüklərindən biri də odur ki, yığcam və mobildir, bir quyuda işlər bitdikdən sonra digər quyuya daşınmaq üçün asanlıqla demontaj olunur.

“Gulf Drilling Azerbaijan” şirkəti 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Şirkətin əsas məqsədi neft, qaz və su quyularının qazılması, quyuların əsaslı təmiri, quyuların qazılmasında xidmətin göstərilməsidir.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.