2015-ci ilin yanvar-avqustunda Xəzər boru kəməri konsorsiumunun səhmdarları “Cənubi Ozereyka-2” terminalından keçən ilin eyni dövrünün 26.08 milyon tonuna qarşı 28.11 milyon ton “CPC Blend” markalı neft nəql ediblər. Bu barədə şirkətin saytında yerləşdirilmiş məlumatda deyilir.
2015-ci ilin avqustunda neft nəqli 2014-cü ilin analoji ayının 3.1 milyon tonu ilə müqayisədə 3.53 milyon ton təşkil edib.
2014-cü ilin nəticələrinə görə CPC “Cənubi Ozereyka-2” terminalından “CPC Blend” markalı 40 milyon ton neft nəql edib.