Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol ehtimal edir ki,neft qiymətləri hələ uzun müddət $ 45 səviyyəsində qalacaq.
“Bir barrel üçün $45 qiyməti uzun müddət davam edəcək”, – o Avstriyanın Kurier qəzetinə müsahibəsində bildirib.
Neft qiymətlərinin nə vaxtsa $ 100 aşacağı sualına isə Birol deyib ki :”Mən yalnız neftin qiymətinin bir neçə rüb aşağı qalacağını deyə bilərəm.”
“Ucuz neft neft şirkətləri üçün böyük bir problemdir. Bu il onlar investisiyalarını 20% azaldıblar. Əvvələr heç vaxt bu şirkətlərin tarixində belə güclü eniş olmayıb”, – deyə Birol deyib.