Çərşənbə axşamı, Oktyabr 6, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanın “Azəri-Çıraq-Günəşli”dən başlayan neft günü

11/12/2017
9
BAXIŞ
Share on FacebookShare on Twitter

78113430Bu gün Azərbaycanda “Neftçilər günü”dür. Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il ölkədə “Neftçilər günü” peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.

Qeyd edilən tarixin özü isə 1994-cü ilin eyni günündə “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə Hasilatın Pay Bölgüsü üzrə Azərbaycanın ilk neft müqaviləsinin imzalanması kimi müasir tariximizə yazılıb.

Bü müqavilənin imzalandığı müddətdən artıq 21 il keçib. Rəqribən bir ay sonra isə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 24-cü ili tamam olacaq. Ona görə də bizim “əsrin müqaviləsi” adlandırdığımız bu layihə sonradan gercəkləşmə mərhələsinə qədəm qoyarkən faktiki olaraq müstəqil Azərbaycanın həm siyasi baxımdan möhkəmlənməsində, həm də iqtisdi cəhətdən əvvəlcə ayaq üstə durmasında, sonra isə regional səviyyədə əhəmiyyət kəsb edən bir ölkəyə çevrilməsində əvəzsiz rola malik olmuşdur.

“Azəri-Çıraq-Günəşli”dən narazılar

Solçular. Düzdür, hətta bu müqavilənin imzalanmasından iki onillikdən çox vaxt keçməsinə baxmayaraq cəmiyyətdə ona münasibət birmənalı deyildi. Hələ də müəyyən qisim insanlar (özlərini solçu dəyərlərin daşıyıcıları hesab edənlər və hər bir amildə anti Qərb mövqe axtaranlar) hesab edirlər ki, bu yataqları Qərb şirkətlərinin işlənməsinə verməklə Azərbaycanın milli maraqlarına böyük zərbə vurulub və Sovet dövründə olan ənənələri inkişaf etdirməklə, yerli kadrların potensialından düzgün yararlanmaqla müstəqil Azərbaycan buna özü nail ola bilərdi.

Ancaq bunu adətən o təfərrürdə olan insanlar və hətta siyasətçilər bizim KİVlərdən səsləndirirdilər ki, “texnika” və “texnologiya” terminləri arasında fərqi sadəcə bilmirdilər. Şükürlər olsun ki, son aylar İranla bağlı məsələ gündəmə gəldi və külli materiallar dərc edildi və bəlli oldu ki, İranın son 35 ildə ən böyük problemi Qərb texnologiyasından kənarda qalması olub: nə dərində olan yataqlardan neft-qaz hasil edə biliblər, nə emal sənayesində, nə də maşınqayırmada bir uğur qazanıblar. Bu təkcə İrana aid olan məsələ deyil, elə Rusiyaya sanksiyalar tətbiq edildikdən sonra xammal hesabına uğurlar əldə edən bu ölkə iqtisadiyyatının real vəziyyəti çox sualları cavablandırdı.

Müxaliflər və ya sadəcə “xalq”.  Cəmiyyətin müəyyən qruplarında isə belə bir fikir dolaşırdı ki, “Azəri-Çıraq-Günəşli” blokunun işləmnəsi ilə “dövlət, sonra isə müəyyən qrup qazanıb, bundan əksəriyyətə xeyir olmayıb”.

Mən son 10 ildə “Şəffaflıq”la bağlı müxtəlif layihələr çərçivəsində ölkəmizdə müxtəlif tədbirlərdə iştirak etmişəm. Açığını demək lazımdır, əhalinin nəinki oxumamış, hətta oxumuşlar təbəqəsi belə neft gəlirləri ilə bağlı otrabab məlumatlara malik deyil. Ona görə də bəzən jurnalistlər bu mövzuda sorğular aparanda (hətta Elmlər Akademiyasının bağında, İqtisad Universitetinin qarşısında) müxtəlif yaş qruplarında olan insanlardan elə cavablar alınır ki, bu da real mənzərəni düzgün əks etdirmir. Məsələn, sual olunur ki, “Siz neft gəlirlərini öz üzərinizdə bu vaxtacan necə hiss etmisiniz?”, cavab: “mənə neftdən heç bir şey çatmayıb”. Yəni bir insan sadəcə özünün real gəliri və xərcləmələrinin bu gəliri üstələdiyini anlayır. Ancaq nədənsə fikirləşməyə cəhd etmir ki, bəs bu kəsir nəyin hesabına formalaşır? Onun anlamında ola bilər ki, əlavə xidmət hesabına alınır, məsələ burasındadır ki, orada hardansa bu vəsait daxil olur, yəni zəncirvari bir prosesdir ki, sonda neft gəlirlərinə bağlanır.

İkinci bir məsələ isə neft gəlirlərinin ümumilikdə dövlət əhəmiyyətli layihələrə xərclənməsidir ki, bunların da ayrı-ayrılıq hər bir vətəndaşın həyatında bu və ya digər formada rolu var.

Ancaq bir məsələ aydındır – neft gəlirlərindən yalnız bir qrup yararlanmayıb: onun bölgüsü cəmiyyətə leqal və qeyri-leqal formalarda aparıldığından əhali ümumən gün-güzaranından elə bir narazılıq etməyib. Çünki bu ötən dövrdə hər açılan günü dünənkindən bu və ya digər şəkildə pis olmayıb. Və bütün bunlar NEFT GƏLİRLƏRİ hesabına baş verib. Neft gəlirlərinin (söhbət Neft Fonduna daxilolmalardan gedir) 93%-ni isə “Azəri-Çıraq-Günəşli” yataqlarından daxilolmalar təşkil edib.

ACG2Paydan narazılar.Üçüncü qism narazılar, Azərbaycanın “Azəri-Çıraq-Günəşli” müqaviləsindəki payından narazzılıq edənlərdir. Bunlar adətən siyasi mövqeli insanlardır və hesab edirlər ki, indiki hakimiyyət Əbulfəz Elçibəy dövründə hazırlanmış müqavilədə olan Azərbaycanın payını (30%) kəskin surətdə azaltmaqla ölkənin maraqlarını xarici şirkətlərə güzəştə gediblər. Xatırladım ki, “əsrin müqaviləsi” imzalanarkən SOCAR-ın payı 20%, 1995-ci ildə TPAO və Exxon şirkətlərinə 10% Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi hesabına azaldılmış və nəhayət, hazırda müavilədə SOCAR-ın payı 11,6%-ə çatdırılıb.

Ancaq bu məsələdə Azərbaycanın maraqlarını ortaya atanlar HPB sazişlərinin incəliklərini bilmirlər. Çünki müqavilədəki payın Azərbaycanın MƏNFƏƏT NEFTİnə aidiyyatı yoxdur! Bəli. Azərbaycan 2008-ci ilin ikinci rübündən AÇG üzrə yaranan mənfəət neftinin 80%-ni alır (hazırda 5% mənfəəti Azərbaycan tərəfi BTC Co. şirkətinin hesabına köçürür ki, Bakı-Ceyhan layihəsi üzrə bütün öhdəliklər vaxtından əvvəl yerinə yetirilsin və şirkətlər mənfəətlə işləsinlər, 2016-cı ildən bu köçürmələr dayanmalıdır). Yerdə qalan 20% şirkətlərin ixtiyarına keçir. Həmin payda Dövlət Neft Şirkəti “oturur” və ordan özünün 10%-ni alır. Bundan əlavə, xarici şirkətlər həmin 20%-lik mənfəətdən Azərbaycan dövlət büdcəsinə 25% vergi ödəyirlər (hazırda ölkə üzrə mənfəət vergisinin dərəcəsi 20 faiz olsa da HPB üzrə müqavilə imzalanan andan dəyişməz qalır).

“Azəri-Çıraq-Günəşli” Azərbaycana nə verdi?

2001-ci ildən 2015-ci ilin 1 sentyabrına qədər olan müddətdə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli”  neft və qaz yataqları blokunun işlənməsi çərçivəsində $115 milyard 92 milyon daxil olub.

Fondun məlumatına görə, 2015-ci ilin yanvar-avqustunda AÇG layihəsi çərçivəsində fonda  $4,94 milyard daxil olub.

2014 ildə  Neft Fondunun  $ 16.2 milyard gəlirinin $15,1 milyardını AÇG-dən daxilolmalar təşkil etmişdi.

Qeyd edək ki, AÇG üzrə Azərbaycan $300 milyon bonus ödənişi olmuşdu. Bunun 10%-i müqavilə imzalanmamışdan əvvəl, 1992-ci ilin sentyabrında BP şirkəti tərəfindən ödənilmişdi.

Bundan əlavə AÇG üzrə HPB müqaviləsi çərçivəsində 2015-ci ilə qədər dövlət büdcəsinə xarici şirkətlər, servis şirkətləri təqribən $21 milyard vəsait ödəyiblər.

“Azəri-Çıraq-Günəşli”-nin gələcəyi

Müqavilə sahəsində təqribən 1 milyard tona yaxın neft var. İndiyə qədər 370 milyon ton neft hasil edilib. Müqavilə 2024-cü il dekabrın 12-də başa çatır.

HPB sazişinə görə, 30 illik müqavilə daha 5 il uzadıla bilər. Bu günlərdə SOCAR prezidenti Rövnəq Abdullayev bəyan edib ki, BP şirkəti böyük ehtimalla layihənin operatoru olaraq qalacaq və Azərbaycan tərəfi onunla əməkdaşlığı davam etdirəcək.

Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlarından gündə 630 min barel ətrafında neft hasil edilir.

Hələ 15 il və daha çox müddətdə “Azəri-Çıraq-Günəşli” blokundan neft hasilatının davam edəcəyi proqnoz edilir. Çünki çıxarıla biləcək ehtiyatlar nə müqavilə müddəti, nə də onun uzadılacağı 5 illik periodla məhdudlaşmayacaq.

Azərbaycan ilk mənfəət neftini “Azəri-Çıraq-Günəşli” blokundan 1999-cu ilin dekabrında qazandı. Elə o zaman da Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Faktiki olaraq cari ilin sonuna qədər AÇG-dən gələn gəlirlərimiz $117 mlrd-a qədər yüksələcək.

Bəs növbəti 9 ildə (2016-2024) bu layihə Azərbaycan Dövlət Neft Fonduna nə qədər gəlir gətirə bilər? Təbii ki, bu neftin qiymətlərindən asılı olacaq. Ancaq bir qədər real yanaşsaq və hesab etsək ki, 2020-ci ilə qədər bazarda qiymətlər həqiqətən aşağı səviyyədə (orta hesabla 1 barel üçün 65 dollar), 2021-2025-ci illərdə isə artıq yuxarı qiymət diapazonuna keçid alac (85 dollar), onda orta qiyməti 75 dollardan götürdükdə, təqribən $80 mlrd bir mənfəətin Azərbaycana gözləntiləri var. Bu isə ildə orta hesabla təqribən $9 mlrd-a yaxın vəsait deməkdir.

Növbəti mərhlədə bu blokda qaz hasilatı da başlayacaq, çünki burada daha dərin qatlarda (hazırkı müqavilə şərtlərinə daxil olmayan) 200 milyard kub metrə qədər təbii qaz ehtiyatları var.

İlham Şaban, Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.