Bazar ertəsi, İyul 20, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan neftinin hansı payının Asiya bazarında satıldığı açıqlanıb

21/09/2015
4
BAXIŞ
Share on FacebookShare on Twitter

tanker-xezerAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq bazarlarda iştirak payını və coğrafiyasını genişləndirməkdə maraqlıdır. “Report” xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin Neftçilər günü münasibətilə “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində qeyd olunub.

R.Abdullayev bildirib ki, əgər 10 il əvvəl Aralıq dənizi bazarı hüdudlarından kənarda satılan Azərbaycan neftinin payı cəmi 10-15% təşkil edirdisə, indi bu göstərici 45%-ə yüksəlib.

Onun qeyd etdiyinə görə, ötən il Asiya bazarına təchiz olunan Azərbaycan nefti SOCAR-ın ümumi ixrac həcmlərinin 24%-ni təşkil edib.

O xatırladıb ki, hazırda “SOCAR” brendi ilə İsveçrədə 150, Ukraynada 50, Rumıniyada 32 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir, Gürcüstanın regional qaz təchizatının 95, neft məhsullarının pərakəndə satış bazarının isə 25%-ni SOCAR təmin edir, “SOCAR” brendi ilə qonşu ölkədə 115 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir və burada şəbəkənin daha da genişləndirilməsi nəzərdə tutulur.

“SOCAR-ın İsveçrədə öz treydinq şirkətini yaratması enerji strategiyamız çərçivəsində uğurla həyata keçirdiyimiz iri neft-qaz layihələrində Azərbaycanın payına düşən xam neft hasilatının əhəmiyyətli dərəcədə artmasından, həmin həcmlərin səmərəli şərtlərlə satışının təşkil olunması zərurətindən irəli gəlib və qabaqcıl beynəlxalq neft şirkətlərinin təcrübəsinə uyğundur. 2008-ci ildən Cenevrədə effektiv fəaliyyət göstərən “SOCAR Trading SA” əsas etibarilə dünyanın tanınmış neft şirkətlərinə və emal müəssisələrinə Azərbaycan mənşəli xam neftin satışı ilə məşğul olur. Neftimiz bu illərdə Şimali Amerika, Asiya və Avstraliya regionları daxil olmaqla bir sıra qeyri-ənənəvi istehlak bazarlarına təchiz edilib”, – deyə məqalədə vurğulanıb.

“Treydinq fəaliyyətilə məşğul olan digər iri neft şirkətləri kimi, biz də üçüncü tərəfə məxsus neft və neft məhsullarının ticarətini həyata keçiririk. “SOCAR Trading SA” şirkətinin ümumi ticarət fəaliyyətinin 40%-dən çoxunu digər ölkə və istehsalçılara məxsus xam neft və neft məhsulları təşkil edir. Fəaliyyət sahəsini genişləndirən treydinq şirkətimiz Dubay, Sinqapur və Londonda ofislər, İstanbul, Qahirə, Laqos və Monakoda nümayəndəliklər təsis edib. “SOCAR Trading SA” BƏƏ-də yerləşən Fuceyra limanında həcmi 641 min kubmetr olan neft məhsulları terminalının inşası layihəsini həyata keçirir ki, bu da mühüm enerji bazarlarından olan Yaxın Şərq və Şərqi Afrika regionunda fəaliyyəti gücləndirmək məqsədi daşıyır”, – deyə R.Abdullayev qeyd edib.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.