2015-ci ilin birinci yarısında ABŞ Azərbaycandan 575 min barel neft məhsulları idxal edib ki,bu da keçən ilin eyni dövrünün göstəricisindən 6.8 dəfə çoxdur. Bu barədə ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) saytında yerləşdirilmiş məlumatda deyilir.
Keçən ilin eyni dövründə ABŞ Azərbaycandan 84 min barel neft məhsulu idxal etmişdi.
2014-cü ildə ABŞ Azərbaycandan 484 min barel neft məhsulu idxal etmişdi.
Ancaq EİA-nın məlumatında ABŞ-ın Azərbaycandan hansı neft məhsulları idxal etdiyi deyilmir.
Qeyd edək ki,Azərbaycan dünya bazarlarına avtomobil yanacağı ixrac etmir. Regional bazara isə dizel yanacağı ixrac edir. Dünya bazarında SOCAR-ın rəqabətədavamlı neft məhsulu aviasiya yanacağıdır.