Cümə axşamı, İyul 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

2016-cı ilin sonuna Neft Fondunda nə qədər vəsait qalacaq?

11/12/2017
3
BAXIŞ
Share on FacebookShare on Twitter

neft_fond2Artıq ikinci ildir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsi kəsirlə proqnozlaşdırılır. Bu haqda maliyyə nazirliyinin “Azərbaycan Respublikasının 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı”nda bildirilir.

Təqdim edilən məlumata əsasən, gələn il Neft Fondunun gəlirləri 6 mlrd 711,6 mln manat, xərcləri isə 8 mlrd 200 mln manat proqnozlaşdırılır.

Beləliklə, hökumət hesab edir ki, neftin 1 bareli orta hesabla 50 dollar təşkil edərsə (baza qiyməti),  onda Fondun kəsiri 1 mlrd 488,4 mln manat ola bilər.

Fondla bağlı ikinci maraqlı məqam ondan ibarətdir ki, 2016-cı ildə ARDNF ümumi daxil olmaların 6 mlrd manatını, yəni 89,4%-ni dövlət büdcəsinə transfert etməlidir.

Fonddan transfertin dövlət büdcəsinin gəlirlərində payı 41,2% olacaq. Müqayisə üçün xatırladaq ki, 2014-cü ildə Neft Fondundan dövlət büdcəsinə 9 mlrd 337 mln manat vəsait köçürülmüşdü və bu büdcə gəlirlərinin yarısını təşkil etmişdi. 2015-ci ildə proqnoza görə, Neft Fondundan büdcəyə 10 mlrd 388 mln manat köçürmə planlaşdırılsa da, cari ilin I yarısında Fondundan büdcəyə cəmi 3 mlrd 802,1 mln manat transfert edilib. Bu o deməkdir ki, ilin yekunlarına görə təqribən 8 mlrd manat xərcləmə gözləmək olar.

Gələn il Neft Fondundan dövlət büdcəsinə 6000,0 milyon manat transfert ediləcək ki, bu da Fondun illik xərclərinin 73,2 faizidir.

Neft Fondunun büdcəsi (mln manatla):

2014-cü il 2015-ci il (gözlənti) 2016-cı il proqnoz
Gəlirlər 12 731,0 10 246,6 6711,6
Xərclər 10 117,2 11 813,9 8200,0

2015-ci il iyulun 1-nə Neft Fondunun aktivləri 35,8 milyard dollar təşkil edirdi. İlin ikinci yarısından isə neftin qiymətinin dünya bazarından düşməsi fonunda Fondun gəlirləri də azalıb və bundan sonra azalma davamlı olacaq. Bunun obyektiv səbəbi isə neft hasilatının ildən ilə düşməsidir ki, onu da neft qiymətlərinin qalxması kompensasiya etmək iqtidarında deyil.

Bu hesabla 2016-cı ilin sonuna Neft Fondunun aktivləri təqribən 30 mlrd dollar ətrafında ola bilər.

az_neft_priceBir şeyi də nəzərə almaq lazımdır ki, Neft Fonduna daxilolmaların 90%-dən artığını təşkil edən “Azəri-Çıraq-Günəşli” yataqlarında ildən-ilə xərclər daha da artan istiqamətdə getməyə başlayıb. Çünki müqavilə sahəsindən “ucuz neft” əldə etmək dövrü də artıq arxada qalıb, bundan sonra neft hasil etmək üçün daha çox kapital və istismar xərcləri tələb olunacaq ki, bu da Azərbaycanın mənfəət neftinin azalmasına təsir edən amillərdəndir.

Bu səbəbdən də Neft Fondunun daxilolmalarına diqqət etirəndə görürük ki, gəlirlərin PİK dövrü 2011-ci ilə düşüb. Bu zaman “Azəri-Çıraq-Günəşli”yataqlarından ixrac edilən neftin qiymət də ən yüksək həddə olub. İkinci amil isə odur ki, Azərbaycan neftinin PİK hasilat dövrü bundan cəmi bir il əvvəl baş vermişdi.

Yəni AZALMA ilə bağlı həyacan təbilini əslində HÖKUMƏT 2012-ci ilin oktyabrında hiss etdi (məlum BP ilə hadisələrdə), ancaq çox təəssüf ki, o zaman yenə ümidlərini hasilatın STABİLLƏŞDİRİLMƏSİ amilinə bağladı. Halbuki Azərbaycan hökuməti artıq 2010-cu ildən bilirdi ki, qiymətlərin dünya bazarında yüksək olmasına baxmayaraq qısa müddətdə (4-5 ildə) Azərbaycanda neft hasilatı sürətlə aşağı düşməyə başlayacaq (bununla bağlı hələ əzəldən proqnozlar verilmişdi). Təbii ki, hasilat düşən zaman gəlirlər də buna adekvat olaraq azalacaq. Hökumət özünü buna hazırlamalı, bütün infrastruktur, ölkədaxili bütün layihələrini həmin dövrə qədər başa çatdırmalıydı. Ancaq hələ də yarımçıq infrastruktur layihələrin başa çatdırılması üzərində iş gedir, iri layihələrə isə vəsait axtarılır…

 

Caspian Barrel       

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.