AFR xəbər verir ki,Səudiyyə Ərəbistanı neft qiymətlərinin azalması səbəbindən əmələ gəlmiş büdcə kəsirini ləğv etmək üçün xərcləri azaltmaq və əlavə istiqrazlar buraxmaq istəyir.
Rəsmi statistikaya görə, 2015-ci ildə büdcə kəsiri $ 39 milyard təşkil edəcək. Bu məlumat büdcə kəsirinin ən azı $ 130 milyard olacağını ki, iddia edən Beynəlxalq Valyuta Fondunun hesablamalarından fərqlənir.
Maliyyə naziri İbrahim Al Assafın sözlərinə görə, büdcə xərcləri ən azı təhsil, səhiyyə və infrastruktur layihələri sahəsində azaldılacaq. İyulda ehtiyat fondundan $ 82 milyard götrüldükdən sonra fondun ehtiyatları $650 milyarda qədər azalıb. İlin sonuna qədər isə ehtiyatlar $629 milyarda qədər azalacaq.
Bundan əlavə, büdcə kəsirini ləğv üçün etmək üçün, hökumət $ 27 milyard məbləğində istiqrazlar buraxıb.
*İyunda Səudiyyə Ərəbistanı gündə 10,6 milyon barel, iyulda isə 10,4 milyon barel neft hasil edib.