“Senday” AES-nın ilk nüvə reaktoru elektrik enerjisi istehsalına və tədarükünə başlayıb. Stansiya iki illik fasilədən sonra istismara verilib.
2013-cü ildə Yaponiyada bütün 48 reaktor təhlükəsizlik məqsədiylə fəaliyyətlərini dayandırmışdılar.
“Senday” AES-nın birinci reaktoru tam iş gücünə sentyabrın sonunda çıxacaq.
2011-ci ildə zəlzələ və bunun ardınca baş verən sunami nəticəsində Fukusimo nüvə
stansiyasında böyük qəza baş vermişdi. Zəlzələ və sunamı nəticəsində 20 mindən artıq insan həlak olmuş və itkin düşmüşdü.