2015-ci ilin yanvar-iyulunda Qazaxıstanın beynəlxalq ehtiyatları – Milli bankın qızıl-valyuta ehtiyatları və Milli fondun xarici valyutada olan ehtiyatları azalaraq 97,159 milyard dollar təşkil edib. Bu barədə Qazaxıstan Milli bankının məlumatında bildirilir.
Qazaxıstanın beynəlxalq ehtiyatları 2014-ci ilin sonuna 102,481 milyard dollar təşkil edirdi.
Məlumatda bildirilir ki, eyni zamanda Milli bankın qızıl-valyuta ehtiyatları 0.2% artıb (28.977 milyard dollara qədər). Milli fondun ehtiyatları isə 7.31% azalıb (68,182 milyard dollar qədər).
Cari ilin iyulunda Qazaxıstan Milli bankının qızıl-valyuta ehtiyatları 0.3% artıb. Milli fondun aktivləri isə 1.23% azalıb.