Çərşənbə axşamı, Oktyabr 6, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Neftin qiyməti düşdükcə, Azərbaycanın problemləri kəskinləşəcək

07/08/2015
9
BAXIŞ
Share on FacebookShare on Twitter

zohrab

İqtisadi ekspert neft qiymətlərinin düşməsinin Azərbaycana təsdirlərini şərh edir

Neft gəlirlərindən asılı olan ölkə kimi Azərbaycana bunun çox ciddi təsirləri olacaq. Bu təsirlər hələ bu ilin birinci yarısında neftin qiyməti təxminən 60 dollar və ondan yuxarı olanda belə özünü göstərməkdə idi”. Bu sözləri xam neftin bir barrelinin qiymətinin 50 dollardan aşağı düşməsini Amerikanın Səsinə müsahibəsində şərh edən iqtisadi ekspert Zöhrab İsmayıl deyib. Onun sözlərinə görə, neft gəlirlərinin azalması ilə bağlı bu ilin birinci rübündə Azərbaycanın büdcə gəlirləri 20 faiz kəsrlə icra olunub.

“Faktiki olaraq ilin birinci yarısında Neft Fondu 4 milyard dollardan bir qədər artıq gəlir əldə edib və həmin gəlirin də hamısını xərcləyib. Eyni zamanda həmin dövrdə Neft Fondunun aktivlərinin həcmi də 4 faizə qədər azalıb. İndi neftin qiyməti daha aşağı getdikcə,  problemlər kəskinləşəcək”.

Ekspertin fikrincə digər mənfi təsirlər manatın məzənnəsinə ola bilər. Son iki ayda neft qiymətinin sabit qalması ilə məzənnədə də bir qədər sabitlik tendensiyası müşahidə edildiyini dilə gətirən Zöhrab İsmayıl deyir ki, bundan əvvəl isə keçən ilin dekabrından başlayaraq bu ilin aprel ayınadək Mərkəzi Bankın valyuta rezervləri 44 faiz azalıb.

“İyul ayında bu tendensiya yenidən başlayıb. Ötən ay təxminən 20 milyon dollar yenə azalma var. Düşünürəm ki, önümüzdəki aylarda, xüsusilə də neftin qiyməti 50 dollar səviyyəsində qalarsa, valyuta rezervlərinin azalması davam edəcək”.

Zöhrab İsmayılın sözlərinə görə, büdcə kəsrlərini artmasının qarşısını almaq üçün büdcə gəlirlərini artırmağı düşünmək lazımdır: “Neft gəlirləri azalırsa, qeyri-neft sektorundan büdcə gəlirlərini necə artırmaq barədə düşünmək lazımdır. Bu da sözlə, deklarasiya və bəyanatla həyata keçirilə bilməz. Bunun üçün Azərbaycan iqtisadiyyatında ciddi islahatlar tələb olunur”.

Ekspert deyir ki, Qərbin İranla razılaşmasından sonra İran neftinin bazara çıxması ehtimalı qiymətlərə öz təsirini göstərə bilər. Onun sözlərinə görə, burada söhbət yalnız Azərbaycandan getmir, eyni zamanda digər neft gəlirlərindən asılı olan  ölkələrdən gedir. Ancaq o, qazın nəqlinə gəldikdə isə fərqli mövqenin ortaya çıxdığını deyir.

“Bu, Azərbaycanın qazla bağlı ümidlərinə öz mənfi təsirini göstərə bilər. Çünki Azərbaycan hökuməti düşünür ki, neft gəlirləri azalandan sonra buradakı azalmaların bir hissəsini Avropaya qaz nəql etməklə kompensasiya edə bilər. Çox böyük hasilatdan söhbət getməsə də, bu layihənin özünün də bu gün maliyyə çətinlikləri mövcuddur”.

Zöhrab İsmayılın fikrincə, digər tərəfdən də ortaya İran qazının Avropaya nəql edilməsi məsələsi də çıxarsa, bu çətinliklər daha da artacaq.

“Amerikanın səsi”

 

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.