Çərşənbə axşamı, Oktyabr 6, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İran qazı Azərbaycan infrastrukturu ilə Avropaya nə zaman nəql edilə bilər?

12/08/2015
9
BAXIŞ
Share on FacebookShare on Twitter

TANAP-multi

Son günlər yerli mətbuatda İranın Azərbaycan vasitəsilə dünya bazarlarına qaz tədarükü məsələsinə dair danışıqlara başlamasına dair xəbərlər yer almaqdadır. Mənbə kimi Rusiyanın TASS agentliyi göstərilsə də, bunun İranın İSNA agentliyi tərəfindən yayıldığı aydın olur.

Belə ki, agentlik İranın milli qaz şirkətinin icraçı direktoru Əlirza Kamelininin, şirkətin bu problem üzrə Azərbaycanın dövlət neft şirkəti (SOCAR) ilə ciddi danışıqlara başlaması barədə sözlərindən sitat gətirib.

“Tehran və Bakı qaz ixracı layihəsində müştərək sərmayələrə dair danışıqlar aparıblar, – Kameli bildirib. – Eyni zamanda, İran yaxın üç il ərzində qaz hasilatını artırmağı planlayır”.

İSNA qeyd edir ki, nəhəng qaz ehtiyatları İrana Avropaya əsas qaz təchizatçılarından olmaq imkanını çoxdan verir.

Əslində bu xəbərdə NIGC (National Iranian Gas Corporation) ilə SOCAR arasında hansısa kommersiya və ya layihə danışıqlarına başlaması haqda elə bir məlumat yoxdur. Şirkətin özünün saytında 5 avqust tarixində İran-Azərbaycan hökumətlərarası nümayəndə heyətinin danışıqlarından məlumat yerləşdirilib. SOCAR-la bağlı əlavə heç bir məlumat verilməyib. Yəni SOCAR-ın nümayəndə heyəti ilə İranın qaz şirkəti arasında təsərrüfat-kommersiya məsələlərinin həllinə dair heç bir xəbər yoxdur. Elə SOCAR-ın özü də bununla bağlı bir məlumat yaymayıb ki, İrana nümayəndə heyəti göndərib ki, məhz İran qazının Avropaya nəqli ilə bağlı məsələləri müzakirə etsinlər.

Ancaq bu məsələ Azərbaycan tərəfinin marağındadır, çünki rəsmi Bakı özünün regional infrastruktur qaz layihələrini gerçəkləşdirməyə başlayarkən bəyan edib ki, onlar təkcə Azərbaycanın ehtiyaclarını ödəmək üçün inşa edilmir. Həm Azərbaycan prezidenti, həm xarici işlər naziri, həm də SOCAR prezidenti müxtəlif səviyyəli görüşlərdə dəfələrlə bəyan ediblər ki, Azərbaycanın boru infrastrukturları digər ölkələrin analoji nəqletmə sistemlərindən fərli olaraq üçüncü tərəflər üçün açıqdırlar və qarşılıqlı maraqlar nəzərə alınmaqla butun regionun resurslarının dünya bazarlarına çıxarılmasına xidmət edir və edəcəklər. Bu isə Azərbaycanın regional inkişafa verdiyi bir töhfədir.

Bu baxımdan İran qazla zəngin bir ölkə kimi təbii ki, gələcəkdə öz resurslarının dünyanın müxtəlif bazarlarına çıxarılmasında maraqlı olacaq. Həmin bazarlardan biri də Avropadır. İran Avropaya qazını Fars körfəzindən həm gəmilərlə (maye qaz şəklində), həm də boru kəməri vasitəsilə göndərə bilər. Boru kəməri ilə ən qısa marşrut Türkiyə üzərindən keçən yoldur ki, burada da SOCAR-ın operatorluğu ilə 2018-ci ildən ərsəyə gələcək TANAP layihəsini göstərmək olar. Ancaq İran 2018-ci ildən ondan yararlana bilməz, çünki TANAP-ın 2018-ci ildə istifadəyə verilməsi o demək deyil ki, qazı Avropa bazarına çatdırmaq mümükündür. Belə ki, TANAP-ın birləşəcəyi TAP kəməri qazı yalnız 2020-ci ilin sonlarında qəbl edə bilər. Ancaq bu zaman onun imkanları yalnız “Şahdəniz-2” layihəsinin qazına hesablanmış olacaq. Eləcə də TANAP-ın ilkin buraxıcılıq gücü də yalnız “Şahdıniz-2” layihəsi ilə məhdudlaşacaq.

Bəs İran qazı Azərbaycan infrastrukturu ilə Avropaya nə zaman nəql edilə bilər? Təbii ki, TANAP və TAP boru kəmərlərinin genişləndirilməsi həyata keçirilərkən. Bu isə ən tezi 2023-cü ildə həyata keçirilə bilər.

İlham Şaban, Caspian Barrel-in rəhbəri

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.