Bazar, İyul 19, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanın dövlət büdcəsi yarım il ərzində kəsirlə icra olunub

03/08/2015
2
BAXIŞ
Share on FacebookShare on Twitter

index_260714

2015-ci ilin ilk 6 ayının yekununa əsasən, Azərbaycan dövlət büdcəsində 770,9 milyon manat (ÜDM-in 2,9 faizi) kəsir yaranıb. Ötən ilin analoji dövründə bu göstərici 615 milyon manat təşkil edirdi. Bu barədə Trend-ə hökumətdən məlumat verilib.

Artıq ardıcıl dördüncü aydır ki, dövlət büdcəsi defisitlə icra olunur.

Yanvar ayında dövlət büdcəsinin profisiti 421,6 milyon manat və ya ÜDM-in 11,6 faizi təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 16,9 dəfə artıb. Yanvar-fevral aylarında dövlət büdcəsi 80,1 milyon manat profisitlə icra olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 61,8 faiz çoxdur. Yanvar-mart aylarında büdcə 251 milyon manat, yanvar-aprel aylarında 822,5 milyon manat, yanvar-may aylarında isə 905,8 milyon manat defisitlə icra olunub.

2015-ci ilin 6 ayı ərzində dövlət büdcəsinin mədaxili 7,81 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 16,4 faiz azdır. Büdcənin xərcləri isə 1,7 faiz azalma ilə 8,58 milyard manat təşkil edib.

Daxilolmaların 42,9 faizi (3,35 milyard manatı) Vergilər Nazirliyinin xətti ilə təmin edilib. Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 765,3 milyon manat (9,8 faiz) ödəyib. İllik hesablamalara görə vergi daxilolmaları 6,9 faiz azalıb, gömrük ödənişləri isə 4,4 faiz artıb.

Funksional təsnifata uyğun olaraq, iqtisadi fəaliyyətlə bağlı xərclərə 45,34 faiz və ya 3,89 milyard manat vəsait yönəldilib. Bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 4,9 faiz və ya 201,2 milyon manat azdır.

Bu məbləğdən 3,57 milyard manat (0,3 faiz artımla) sənaye, tikinti və faydalı qazıntılar, 169,5 milyon manat (13,3 faiz azalma) isə kənd təsərrüfatı, meşə təsərrüfatı və ətraf mühitin mühafizəsi üzrə xərclərə ayrılıb.

2015-ci ilin yanvar-iyun aylarında sosial təyinatlı və mühafizə tədbirlərinin maliyyələşdirilməsinə 11,2 faiz və ya 962,5 milyon manat, səhiyyə tədbirlərinin maliyyələşdirilməsinə isə 3,4 faiz və ya 292,3 milyon manat yönəldilib.

2015-ci il dövlət büdcəsinin gəlirləri 19,438 milyard manat, xərcləri isə 21,1 milyard manat həcmində təsdiqlənib. Büdcə proqnozları neftin bir barelinin 90 dollar qiyməti üzrə formalaşdırılıb.

 

 

 

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.