Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azərenerji” ASC-ni məhkəməyə verib.
“APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin saytında yer alan məlumatda qeyd olunur.
Bu ilin yanvarın 14-də SOCAR “Azərenerji”nin debitor borcun qaytarılması iddiası ilə Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə SOCAR-ın xeyrinə qərar çıxarıb.
“Azərenerji” borc məbləğinin ödənilməsinə dair qərarın yenidən baxılması üçün məhkəməyə apelyasiya ərizəsi ilə müraciət etməyib.
Qeyd edək ki, borcun məbləği açıqlanmır.
Ancaq Caspian Barrel SOCAR-dakı mənbələrdən əldə etdiyi məlumata görə, 2015-ci il 1 iyun tarixinə “Azərenerji”nin qaza olan borcu 485 milyon manat təşkil etmişdi.