Rusiyanın Energetika nazirliyindəki mənbə jurnalistlərə bildirib ki, Rusiya Türkiyə rəhbərliyinə “Türk Axının” birinci xəttinin hökümətlərarası saziş layihəsini göndərib.
“Rusiya tərəfi “Türk Axının” ilk xətti üzrə təkliflərini hazırlayıb və Türk tərəfinə yollayıb” – deyə mənbə bildirib.
“Türk Axını” layihəsi ildə 63 milyard kub metr qazı Rusiyadan Qara dənizin dibi ilə Türkiyəyə nəqlini nəzərdə tutur. Qaz kəməri 4 xətdən ibarət olacaq və Türkiyə-Yunanıstan sərhədinə 47 milyard kub metr qaz nəql edəcək.