Azərbaycan tərəfi İtaliyanın “Snam” şirkətinin Trans-Adriatik qaz boru kəmərində (TAP) pay sahibi olması məsələsinin müzakirəsi üçün açıqdır. “Report”un “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dunən İtaliyada jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ölkə başçısı “Milan EXPO-2015” sərgisində çıxışı zamanı səhmdarlardan hansınınsa pay satmasının mümkün oluğunu açıqlayıb: “Niyə də yox? Əgər başqa səhmdarlar öz paylarını satmaq niyyətindədirsə, burada heç bir problem görmürəm”.
“Snam”ın icraçı direktoru Karlo Malakarne (Carlo Malacarne) isə iyunda “Reuters”ə verdiyi müsahibəsində bildirib ki, şirkət TAP-da 20% səhm almaq üçün müvafiq qiymətləndirmə işlərinə başlayıb.
Prezident İlham Əliyev TAP-ın tikintisinin 2020-ci ildə başa çatacağını deyib.
Xatırladaq ki, pay bölgüsünə əsasən BP, SOCAR və “Statoil” hərəsinə 20% paya malikdir. Qalan hissənin 19%-i Belçikanın “Fluxy”, 16%-i İspaniyanın “Enagas” və 5%-i isə isveçin “Axpo” şirkətinə məxsusdur.