Bazar ertəsi, Oktyabr 5, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Avtomobillərinin sayının azalması ölkəyə nə vəd edir?

17/07/2015
4
BAXIŞ
Share on FacebookShare on Twitter

masin_idxali

Bunun perspektivdə SOCAR-a xeyri var

Azərbaycan hökumətinin son il yarımda avtomobil idxalı ilə bağlı tətbiq etdiyi bir sıra sərtləşdirmə metodları artıq öz  bəhrəsini verməkdədir. Ölkəyə gətirilən avtomobillərin sayı get-gedə azalır.

Caspian Barrel Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, cari ilin 6 ayında ölkəyə gətirilən avtomobillərin cayı 17 640 ədəd olub. Bunun 15 745 ədədi minik avtomobili, 1 126 ədədi yük avtomobili, 590 ədədi avtobus, yerdə qalanı isə digər kateqoriyadan olan avtomobillər olub. Qeyd edək ki, ötən ilin 6 ayı ilə müqayisədə ölkəyə gətirilən avtomobillərin sayı 48,7% azalıb.

Proqnozlara görə, cari ildə ölkəyə ümumi avtomobil idxalı ən yaxşı halda 34 min ədəd təşkil edə bilər ki, bu da ötən ilki göstəricilərlə müqayisədə 46% azalma deməkdir – 2013-cü illə müqayisədə isə 3,1 dəfə.

Avtomobillərin idxalına təsir edən amillər əsasən 2013-cü ilin dekabrında ölkə daxilində yanacağın qiymətinin orta hesabla 33% artırılması oldu. Bundan əlavə Bakı şəhərinin mərkəzi hissəsində avtomobillərin parkinq məsələsində “inqilabi dəyişikliklər” edildi: daha 20 qəpiyə avtomobil saxlamaq mümkün olmadı, ya saatı 50 qəpiyə yerüstü  dayancaqlar, ya da saatı 1 manatdan başlayan və iş günü 5-6 manata başa gələn yeraltı parkinqlər. Sonradan bu qaydalar şəhərin mərkəzi hissəsindən daha da geniş hissəni əhatə etməyə başladı. Avtomobil cərimələri sərtləşdirildi. Həmçinin avtomobil sığortaları ilə bağlı məsələlər ciddiləşdirildi, sığortasız avtomobil sürənlərin cəzalandırılması qaydalarının bundan sonra daha da sərtləşdirilməsi gözlənilir. Bundan əlavə hökumət köhnə avtomobillərin ölkəyə gətirilməsi qaydalarını həddən artıq sərtləşdirdi, aksiz vergiləri artırıldı. Yəni insanlar üçün avtomobil saxlamaq artıq real olaraq müəyyən gəlirə bağlanmağa başlayır, əks təqdirdə avtomobil almaq sadəcə əlavə xərcə çevrilir.

Ancaq hökumətin belə bir addım atmasının əslində daha ciddi siqnalı onda idi ki, 2013-cü ildə ölkə ilk dəfə daxili bazarda yanacağın az qala qıtlığı ilə üzləşmək problemi yaşadı: H.Əliyev adına neft emalı zavodunda ilk dəfə Qazaxıstandan tranzitlə keçən bir partiya neft emala göndərildi, Azərbaycan demək olar ki, ixraca benzin yönəltmədi. Bunun səbəbi isə ilk dəfə ölkəyə rekord sayda – 104 min avtomobilin idxalı idi.

O zaman SOCAR hökumətə neft məhsullarının stabil təminatına dair proqram hazırlayıb təqdim etdi. Bu proqrama əsasən, hökumət ölkəyə gətirilən avtomobillərin sayının azaldılması yönümündə addımlar atmalı, ekoloji yüksək standartlara cavab verən avtomobillərə üstünlüklük verməli, ölkəyə müasir avtobuslar gətirilməli və tədricən ictimai nəqliyyat, sonra isə kommersiya nəqliyyatı sıxılmış qaza (bunu 90-cı illərin balon qazı ilə qarışdırmamalı, Amerika və Avropada hətta 30 tonluq TİRlar belə sıxılmış qazla işləyir, çünki onun real oktan dərəcəsi 117 ekvivalentindədir – red.) keçməlidir.

Artıq SOCAR Bakıda sıxılmış qaz doldurma stansiyası istifadəyə verib və yenilərini də tikməkdədir. İlk Avropa Oyunları zamanı Bakıya gətirilən avtobuslar da məhz sıxılmış qazla işləyirdilər.

Bu prosesə artıq start verilib. Nəticəsi isə onunla yekunlaşmalıdır ki, SOCAR ictimai nəqliyyatda, kommersiya nəqliyyatında çox böyük həcmdə istifadə olunan dizel yanacağını sonradan sıxılmış qazla əvəz etmək imkanına malik olacaq və H.Əliyev adına neft emalı zavodunda aparılan modernizasiya işləri başa çatana qədər yüksək keyfiyyətli (Avro-5) yanacaq istehsal etmək imkanına malik olacaq. Ölkənin daxil tələbatını ödəyəndən sonra, həmin yanağı iri həcmdə (ildə 2 milyondan artıq) Avropa bazarına ixrac etməklə stabil gəlir mənbəyi qazanmış olar.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.