İlin əvvəlindən “Türkmənnebit” dövlət konserni 2162.7 min ton neft hasil edib ki,bu da 2014-cü ilin analoji dövrünün göstəricisndən 0,1% çoxdur. Bu barədə Türkmənistan neft və mineral ehtiyatlar nazirliyinin məlumatında deyilir.
Məlumatda bildirilir ki,hasilatın artmasında qazma müəssələri böyük rol oynayır.
“İlin əvvəlində proqrama görə,97534 metr qazılması planlaşdırıldığı halda,117435 metr quyu qazılıb. Beləliklə,plandan əlavə 19901 metr qazılıb”,- deyə məlumatda bildirilib.
Həmçinin bildirilir ki,ilin əvvəlindən ümumilikdə 34 quyu qazılıb.