Bazar, İyun 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR prezidentinin iştirakı ilə Lənkəranın 2 kəndinə təbii qaz verilib

25/06/2015
2
BAXIŞ
Share on FacebookShare on Twitter

lenkeran-gazAzəriqaz” İstehsalat Birliyi tərəfindən respublika əhalisinin təbii qaza olan təlabatının ödənilməsi məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər uğurla davam etdirilir.

Görülmüş işlərin nəticəsidir ki, uzun müddət təbii qaz almayan yaşayış massivləri “mavi yanacaq”la təmin olunur, qaz infrastrukturundakı mövcud problemlər intensiv şəkildə aradan qaldırılır.

İyunun 25-də Lənkəran rayonunun Nərimanabad və Üzümçülük kəndlərinə təbii qaz verilmişdir. Bu münasibətlə Nərimanabad kəndində keçirilmiş mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və SOCAR rəhbərliyinin, habelə Lənkəran rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

SOCAR prezidentinə məlumat verilmişdir ki, hər iki kəndə qaz verilişi bərpa olunur. Bu məqsədlə 754 abonenti olan Nərimanabad kəndinə birpilləli sistem əsasında ümumi uzunluğu 28214 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 754 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Üzümçülük kəndinə isə uzunluğu 8528 metr müxtəlif diametrli metal, 901 metr muxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 167 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. lenkeran2

Açılış mərasimində çıxış edən Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibəti ilə hər iki kəndin sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmış, qeyd etmişdir ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə “mavi yanacaq”la təmin olunur. Rövnəq Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır.

Tədbirlərdə çıxış edən ağsaqqallar və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

SOCAR mətbuat xidməti

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.