SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-ci ilin yanvar-may aylarında 3 mln. 462,1 min ton neft hasil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 1,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Cari ilin may ayında SOCAR 706,5 min ton neft hasil edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda neft hasilatının ümumi həcmi 41,9 mln. ton təşkil edib ki, bunun da 8 mln. 402,5 min tonu SOCAR-ın payına düşüb.
Daha əvvəl SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanova istinadən verilən məlumata görə, bu il üçün neft hasilatı 8,3 mln. ton həcmində proqnozlaşdırılır.