BP şirkəti “Qərbi Azəri” platformasında hasilatı bərpa edib. Bunu Caspian Barel-ə konsorsiumun mətbuat xidmətindən məlumat veriblər.
Qeyd edək ki, ”Qərbi Azəri” platformasının istismarı 2015-ci ilin mayın 21-də profilaktik işlərin keçirilməsi məqsədilə dayandırılmışdı.
“Platformada proflatika işləri əvvəl müəyyən edilmiş müddətdən 6 gün əvvəl başa çatdırılıb və platformada hasilat artıq iyunun 6-da bərpa edilib”, – deyə şirkətdən bildiriblər.
BP-nin məlumatına görə, hazırda platforma adi qaydada işləyir və gündəlik neft hasilatı 130 min barel təşkil edir.