
İtaliyanın “Snam” qaz nəqli şirkəti Azərbaycan qazını Avropaya tədarük edəcək Trans Adriatik boru kəmərində 20% payın alınmasında maraqlıdır.Bu barədə şirkətin direktoru Karlo Malakarne bildirib.
Onun sözlərinə görə, Azərbaycan qazının alınması üçün uzunmüddətli müqavilələrin imzalanması onu gösərir ki,layihə mənfəət vəd edir.
“Biz layihədə 20 faiz pay almaq üçün hazırıq”,- deyə Malakarne Parisdə Beynəlxalq qaz konfransında bildirib.
TAP layihəsi “Cənub qaz dəhlizinin” bir hissəsidir.