İranda qaz kondensatının emalının nəzərdə tutan masştablı “Siraf” layihəsinə start verilməsi ilə bağlı təntənəli mərasim keçirilib.
Rusiyanın Neftegaz.ru agentliyi xəbər verir ki, bu müəssisənin gündəlik gücü 480 min barel LNG istehsal etmək olacaq.
Müəssisə özündə 8 zavodu birləşdirməlidir ki, bunların da hər birinin emal gücü gündə 60 min barel LNG olacaq.
“Siraf” layihəsinin gündəmə gəlməsi qaz kondensatı ixracının azalmasından yaranıb. İkinci səbəb isə “Cənub Fars” yatağından hasil edilən kondensatın get-gedə həcmlərinin artmasıdır.
Bu müəsisəsinin ümumi ərazisi 300 hektar yeri tutacaq və o, Şahrestan Kenqandakı azad iqtisadi zonadakı “Fars-2” zonasında inşa ediləcək.