2015-ci ilin yanvar-martında “Qazprom” uzaq və yaxın xaric ölkələrinə (Belorusiya və Qazaxıstan istisna olmaqla), $11,483 milyard məbləğində qaz ixrac edib. Bu barədə Federal Gömrük Xidmətinin (FCS) statistik materiallarında bildirilir.
Federal Gömrük Xidmətinin məlumatına görə, yanvar-martda “Qazpromun” ixrac gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,4% azalıb.
Qaz ixracının həcmi 43.3 milyard kub metr təşkil edib. Uzaq xaric ölkələrinə qaz ixracı 31 milyard kub metr, MDB ölkələrinə isə 12.3 milyard kub metr təşkil edib.