Türkmənistan ümid edir ki,Xəzərin türkmən sektorunda bu il sərmayələrin həcmini 2014-cü ildəki $2,5 milyardla müqayisədə $3 milyarda qədər artacaq.
“2014-cü ildə Xəzərin türkmən sektoruna podratçılar tərəfindən $2,5 milyard sərmayə yatrılıb.Bu il sərmayələrin həcmi $3 milyard təşkil edəcək” – deyə Beynəlxalq qaz konqresində Türkmənistanın karbohidrogen ehtiyatlar üzrə dövlət agentliyinin sədr müavini Süleymanmurad Quladov bildirib.
Xəzərin türkmən sektorunda 32 lisenziyalı blok var ki,onların 5-də iş aparılır.Petronas,Dragon Oil və RWE Xəzərin türkmən sektorunda hasilatın pay bölgüsü sazişi əsasında işləyirlər.
“Qalan bloklar bütün maraqlı tərəflər üçün birbaşa qeyri-eksklüziv danışıqlar mövzusudur”, -deyə Quladov ətraflı məlumat verməydən imtina edib.