2015-ci ildə Türkmənistandan Çinə olan qaz kəmərinin gücü 55 milyard kub metr təşkil edəcək. Bu barədə Türkmənistanın neft-qaz sənayesi və mineral ehtiyatlar nazirliyinin məlumatında bildirilir.
2010-cu ilin sonuna ilk iki boru kəmərinin gücü 30 milyard kub metr təşkil edib. 2014-cü ilin sonunda gücü 25 milyard kub metr olan üçüncü boru kəmərinin inşası başa çatıb.