Çərşənbə, Yanvar 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-ın Gürcüstandakı karbamid zavodu niyə reallaşmadı?

13/05/2015
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Saakaşvilinin Tbilisi hakimiyyətinə Azərbaycan layihələri ilə zərbə vurmaq niyyəti

 13_37Gürcüstanın eks-prezidenti  Mixail Saakaşvili özünün “Facebook”səhifəsində  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda tikmək istədiyi karbamid zavodu layihəsindəm imtina etməsi haqda xəbər Azərbaycanda maraqlı əks səda doğurub.

Əslində belə də olmalıydı, çünki Azərbaycanla Gürcüstanı, əsasən də SOCARı bağlayan əlaqələr hazırkı zamanda kifayət qədərdir.

Qeyd edək ki, Saakaşvili 700 milyon avroluq bu layihənin gerşəkləşməsini Poti limanının xilası adlandırıb, lakin onun dondurulmasında hazırkı Gürcüstan rəhbərliyini günahkar görüb. Çünki Saakaşvilinin finrincə, onlar layihədə öz şəxsi maraqlarını güdürlər.

 SOCAR-ın reaksiyası

İlk olaraq məsələyə münasibət bildirən SOCAR-ın sərmayələr üzrə İdarəsinin rəisi Vaqif Əliyev bildirib ki, Gürcüstanda karbamid zavodunun tikintisini dayandırması enerji bazarında konyukturanın dəyişməsi, uzunmüddətli qaz təminatı və digər məsələlərlə bağlıdır. Əliyev qeyd edib ki, bu layihə üzərində xeyli müddət ciddi iş aparılıb, lakin göstərilən məsələlər yaranandan sonra layihəyə yenidən baxılıb və onun dayandırılması barədə qərar qəbul edilib.

Elə bu gün SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu layihənin dayandırılması mövcud neft bazarındakı proseslərlə bağlıdır.Gürcüstan bazarı dünya bazarından asılıdır və orada vəziyyət kifayət qədər ağırdır. İstehsal olunan gübrənin dünya bazarında qiyməti aşağı düşüb. Bu səbəbdən bu layihənin maliyyələşdirilməsi xeyli çətinləşib.

Ancaq bununla belə Məmmədov bildirib ki, Gürcüstan hökuməti bu layihənin başa çatmasında maraqlıdır. Çünki, zavodun fəaliyyəti yeni iş yerləri, yeni məhsul və yeni gəlir mənbələri deməkdir.

Saakaşvili hökuməti ilə imzalanan müqavilə

Xatırladaq ki, 18 sentyabr 2012-ci ildə Gürcüstanın Kulevi azad sənaye zonasında karbamid zavodunun təməlqoyma mərasimi keçirilmişdi. Mərasimdə Gürcüstan Prezidenti M. Saakaşvili və SOCAR rəhbəri Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və digər rəsmi şəxslər iştirak etmişdilər.

O zaman bildirilmişdi ki, zavodun illik istehsal gücü 660 min ton olacaq və inşaat işləri 2016-ci ildə başa çatdırılacaq. Müqaviləni Gürcüstan hökuməti tərəfindən bu ölkənin iqtisadi inkişaf naziri xanım Vera Kobalia, SOCAR tərəfdən isə “SOCAR Georgia İnvestments Ltd”nin baş direktoru Əfqan İsayev (hazırda İsayev “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktorudur) imzalamışdı.

Bəs Bu müddət ərzində nə baş verdi ki, SOCAR Gürcüstandakı karbamid zavodunun tikintisini reallaşdırmadı?

Reallıqlar

 SOCAR üçün prioritet layihə təməli 2011-ci ildə qoyulmuş Sumqayıt karbamid zavodunun tikintisini reallaşdırmaq idi. Bu məqsədlə 2012-ci ilin əvvəlində beynəlxalq açıq tender elan edilmiş və 14 şirkət tenderə qatılmışdı. Sumqayıtda inşa ediləcək karbamid zavodu özünün istehsal gücünə görə Gürcüstandakından 3 dəfə böyük olmalı idi. Ona görə də SOCAR rəhbərliyi bir müddət məsləhətləşmələr aparırdı ki, bir şirkətin seçilməsi ilə tikinti xərclərini kifayət qədər azalda bilsin. Faktiki olaraq 2013-cü ilin ilk rübü ərzində SOCAR rəhbərliyi bununla bağlı müxtəlif araşdırmalar aparmalı oldu. Sonradan isə Gürcüstanda hakimiyyət dəyişilməsinə hazırlıq gedirdi. Təbii ki, bu zaman kəsiyində heç bir investor iri yatırımlarla bağlı qərar qəbul etmir.

SOCAR-ın vitse-prezidenti David Məmmədovun dediklərində bir həqiqət var ki, Gürcüstan bazarı dünya bazarına bağlı idi və orada vəziyyət kifayət qədər ağrılı idi. Yəni SOCAR-ın bu layihəyə yatırımları əsasən xarici bazarda gübrə satışından əldə edilən gəlirdən geri qayıtmalıydı. Eyni məsələni də SOCAR-ın bu layihədəki tərəfdaşları, istər maliyyə tərəfdaşı olsun, istərsə də, biznes-partnyoru yaşamalıydı.

Ancaq sonrada aparılan hesablamalar göstərdi ki, o layihəyə ediləcək yatırımların geri qayıtma əmsalı aşağıdır. Yəni bunun açması odur ki, SOCAR bir investor kimi əlində 1 milyonu varsa, onu başqa bir ölkədəki layihəyə yatırmaqla daha çox gəlir əldə edə bilər nəimki Gürcüstandakı karbamid zavodunda. Baxmayaraq ki, burada yerli hökumət “azad iqtisadi zonaya” aid ona hər çür münbit biznes şəraiti yaradır.

Məsələnin yanlış tərəfi isə odur ki, Saakaşvilinin dediyi kimi SOCAR-ın Gürcüstanda tikmək istədiyi karbamid zavodunun qiyməti heç zaman 700 milyon avro olmayıb. Çünki ondan 3 dəfə böyük olacaq Sumqayıt zavodunun layihə dəyəri (vergisiz) 500 milyon avrodan artıq qiymətləndirilmir. Bəs onda nədən Saakaşvili reallıqla uzlaşmayan faktlardan və rəqəmlərdən istifadə edir. Belə ki, eks-prezident və onun tərəfdarları ciddi-cəhdlə gələn il Gürcüstanda keçiriləcək parlament seçkilərinə hazırlaşırlar və hər bir faktdan “daxili auditoriyada” hökumətin əleyhinə maksimum dərəcədə istifadə etməyi heç zaman yaddan çıxarmırlar.

İlham Şaban

ekspert

Eyni kateqoriyadan Digər materiallar

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.