“Royal Dutch Shell” şirkətinin I rübdə xalis gəliri 56% azalıb, ancaq neft emalı və treydinq bölmələrinin hesabına analitiklərin proqnozlarını üstələyib.
Şirkət $3,2 milyard qazanıb və səhmə 47 sent dividendi qoruyub saxlayacaq.
Neft emalı və treydinqdən gəlir $ 2.65 milyard dollara qədər artıb,hasilat bölməsinin gəliri isə $5,7 milyarddan $675 milyona qədər azalıb.
Bu il Shell ən gəlirli sahələri saxlamaq üçün $2 milyard gəcmində aktivlərini satacaq.
Yanvar ayında şirkət elan etmişdi ki, neft qiymətlərinin düşməsinə cavab olaraq üç il ərzində xərclərini $15 milyard azaldacaq.