Çərşənbə axşamı, Oktyabr 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Səfir: “İran əlverişli şərt irəli sürən TANAP səhmdarları ilə danışıq apara bilər”

05/05/2015
15
BAXIŞ
Share on FacebookShare on Twitter

İran təbii qaz ehtiyatlarının həcminə görə, dünyada ikinci yerdədir və bu səbəbdən regionda həyata keçirilən böyük qaz layihələrində iştirak edə bilər. Bu barədə “APA-Economics”ə müsahibəsində İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayin deyib.

iran-gazexpo“Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) və Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP) layihələrinin tikintisi 2018-ci ildə başa çatacaq. (TAP- 2020-də – Caspian Barrel) Bizim bu layihələrlə yaxından tanış olmaq üçün vaxtımız var. Hazırda bizim neft-qaz sahəsi üzrə mütəxəssislərimiz araşdırmalarını aparır. Bir nəticə hasil olduqda, qərarımız elan olunacaq”, – deyə diplomat bildirib.

“İran tərəfi TANAP layihəsində pay sahibi ola bilərmi və bununla bağlı konkret danışıqlar aparılırmı” sualına səfir bu cür cavab verib: “Hal-hazırda biz bunun üzərində çalışırıq. TANAP-da səhm almağın öz qayda-qanunu var. Biz bunları nəzərdən keçiririk. Təbii ki, İranın milli mənafeyini rəhbər tutaraq, bu addımı ata bilərik. Regiondakı enerji layihələrində iştirak etmək üçün qaz hasilatımızı artırmalıyıq. Əgər 2018-ci ilədək hasilatımız planlaşdırdığımız səviyyədə olsa, biz regional layihələrdə iştirak edə bilərik. İndidən dəqiq bir söz demək çətindir. Bir daha deyirəm ki, burada əsas məqam hasilatla bağlı olan planlarımızın reallaşmasıdır. Təbii ki, bu illər ərzində dünyada baş verən prosesləri də izləyəcəyik. Biz heç bir ölkə ilə rəqabət aparmaq istəmirik. Sadəcə qazımızı satmaq istəyirik”.

TANAP-dakı payı hansı səhmdardan alınmasına gəlincə, səfir deyib ki, “hansı səhmdar daha əlverişli şərtlər irəli sürsə, onunla da əməkdaşlıq edəcəyik”. “İranın mənafeyini təmin edə biləcək istənilən tərəflə əməkdaşlıq etməyə hazırıq”, – deyə diplomat əlavə edib.

Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 23 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.sefir

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti – 58%, BOTAŞ – 30%, BP – 12%.

TAP “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur (2020-ci ildə – Caspian Barrel).

TAP-da səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP – 20%, SOCAR – 20%, “Statoil” – 20%, “Fluxys” – 19%, “Enagas” – 16% və “EGL-Axpo” – 5%.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.