Bu gün “BP-Azərbaycan” şirkətinin operatorluğu ilə Xəzərin Azərbaycan sektorunda işlənilən “Azəri-Çıraq-Günəşli” neft yataqlarında platformaların buirində profilaktik işlərlə bağlı hasilat tam dayandırılıb.
Caspian Barrel-in BP-dən aldığı məlumatına görə, profilaktik tədbirlərə əsasən “Qərbi Azəri” platformasında modernizasiya işlərinin aparılması nəzərdə tutulub. Bu işlər nəticəsində platformada hasilatın təhlükəsizlik sisteminin dayanıqlığı daha da artırılacaq, avtomatika sistemi daha müasir avadanlıqlarla təchiz ediləcəkdir.
Profilaktik işlərin aparılması 2015-ci ilin iş planı təsdiqlənərkən Azərbaycan tərəfi ilə razılaşdırılıb.
Profilaktik işlər aparılarkən “Qərbi Azəri” platformasında hasilat üç həftəyədək dayandırılacaq.
Qeyd edək ki, hasilat dayandırılana qədər “Qərbi Azəri” platformasında gündəlik hasilat 129 min barelə qədər idi.
Xatırladaq ki, “Qərbi Azəri” platformasında hasilat 2005-ci ilin 30 dekabrında başlayıb.