Nigeriyanın mayeləşmiş qaz istehsal edən zavodunun səhmdarları – Shell,Total,Eni və həmçinin Nigeriyanın dövlət NNPC şirkəti 7-ci mərhələnin tikintisi barədə yekun sərmayə qərarı iki il ərzində qəbul edəcəklər. Nigeria Liquified Natural Gas (Nigeria LNG) zavodu Nigeriyanın ÜDM-nın 4% təmin edir və dünyada böyüklüyünə görə ikinci zavoddur.
Nigeria LNG şirkətinin direktoru Bebs Omatava bildirib ki,tikintiyə yatrılacaq sərmayələrin həcmi 8 milyard dollar olacaq.7-ci xətt ildə $3 milyard gəlir gətirəcək. Nigeria LNG şirkətində paylar aşağıdakı qaydada bölünüb : NNPC (49%), Shell (25,6%), Fransanın Total (15%) и İtaliyanın Eni (10,4%). Zavodun 7-ci növbəsi ümumi gücü 30.5 milyon tona qədər artıracaq.
Omatova dəqiqləşdirib ki, istehsal olunacaq LNG-nin satışı müqaviləsi imzalanıb. Həmçinin o əlavə edob ki,yekun sərmayə qərarının qəbul edilməsindən istismara verilməsinə kimi 4 il vaxt keçir.
Həmçinin zavodda 8-ci və 9-cu xətlərin tikintisi üçündə imkan var.
Bu günə qədər Nigeriyanın təsdiq edilmiş qaz ehtiyatları 180 trilyon kub fut (5.1 trilyon kub metr qaz) təşkil edir.