2015-ci ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları 5,37 milyard dollar (39 faiz) azalaraq 13,76 milyard dollardan 8,39 milyard dollara (aprelin 30-na olan vəziyyətə görə) enib.Trend xəbər verir ki, bu barədə AMB-nin statistik məlumatlarında deyilir.
Aprel ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1,08 milyard dollar (11,4 faiz), 2014-cü ilin apreli ilə müqayisədə isə 6,48 milyard dollar (43,6 faiz) azalıb.
AMB-nin valyuta ehtiyatlarının azalması ötən ilin iyulundan müşahidə olunur. Bu, əvvəllər yavaş templə (təqribən 20-50 milyon dollar) gedirdisə, dekabrdan etibarən kəskin azalma (ayda 1 milyard dollardan çox) baş verdi ki, bu da ölkədə dollar kütləsinə tələbatın artması ilə əlaqədardır.