İtaliyanın İqtisadi İnkişaf naziri Federika Quidi Transadriatik qaz xəttinin (TAP) inşasının başlanmasına icazə verən sərəncam imzalayıb. Trend-in məlumatına görə, bu barədə İtaliyanın İqtisadi İnkişaf Nazirliyindən verilən xəbərdə deyilir.
Məlumatda deyilir ki, Azərbaycan qazını Avropaya çatdıracaq TAP-ın reallaşdırılması məsələsində nazirin sərəncamı sonuncu addımdır: “Bu sərəncam boru xəttinin inşasına və istismarına icazə verir, layihəni və torpaq sahələrinin zəbt edilmə məsələsi də daxil olmaqla, infrastrukturun təcili yaradılmasını təsdiqləyir.
Boru xəttinin tikintisi 2016-cı il mayın 16-da başlayacaq və 2020-ci il dekabrın 31-də başa çatmalıdır. Layihə İtaliya üçün strateji cəhətdən əhəmiyyətlidir və enerji resurslarının təchizatının diversifikasiya edilməsinə imkan yaradacaq”.