İran hakimiyyəti daxili bazarda benzinin qiymətini 40% qaldırmaq qərarına gəliblər. Iranian Oil Products Distribution şirkətinin rəhbəri N.Sadjadinin sözlərinə görə,yanacaqdoldurma məntəqələrində adi yanacağın bir litri əvvəlki 0.26 dollar əvəzinə 0.36 dollara satılacaq.
Qiymətləri qaldırmaq qərarı 2016-cı ilin martında bitəcək maliyyə ilinin nəticələrinə görə 1.8 milyard əlavə gəlir gətirə bilər.
Yüksək keyfiyyətli benzinin bir litri 0.43 dollar, dizel yanacağı 0.11 dollar,aviasiya yanacağı isə 0.21 dollar olacaq.