2015-ci ilin birinci rübündə ABŞ-ın neft-qaz nəhənglərindən olan “Chevron” şirkətinin xalis mənfəəti neft qiymətlərinin kəskin azalması üzündən 2014-cü ilin eyni dövrü ilə müqayisədə 43.1% azalaraq 2.567 milyard dollar təşkil edib.
Səhm üzrə mənfəət 1.37 dollar olub. Analitiklər bu göstəricini 0.79 dollar səviyyəsində gözləyirdilər. Şirkətin gəliri 35% azalaraq 34.558 milyard dollar təşkil edib.
Şirkətin dünya üzrə kəşfiyyat və hasilat üzrə gəliri 2.02 milyard dollar olub ki,bu da keçən lin eyni dövrünün göstəricisindən 40.5% azdır.
Şirkətin prezidenti Jon Uotson bildirib ki,şirkət cari qiymət mühitinə cavab olaraq xərcləri azaldır.
Hesabat dövründə şirkətin karbohidrogen hasilatı gündə 2.681 milyon barel neft ekvivalenti təşkil edib ki,bu da 2014-cü ilin birinci rübündə olan göstəricidən 3.6% çoxdur.