Brent markalı xam neftin qiyməti bazar ertəsi bu il üçün ən yüksək həddə çataraq, bir barel üçün 67,08 dollar olub.
Beləliklə bu il ərzində Brent markalı neftin bir bareli il başlayandan bəri 67 dolları ötüb. Yalnız keçən ilin dekabr ayında Brent-in bareli daha baha olub. Həmin vaxt onun qiyməti 67,24 dollar olub.
Caspian Barrel BBC radiosuna istinadən xəbər verir ki, neftin qiymətində, Çin iqtisadiyyatının güclənməsi fonunda nəzərəçarpacaq artım müşahidə olunur.