Azərbaycan və Asiya İnkişaf Bankı (AİB) arasında ölkənin enerji sisteminin yenidən qurulmasını və modernləşdirilməsini nəzərdə tutan 1 milyard dollar investisiya proqramı üzrə anlaşma memorandumu imzalanıb.
Trend-in məlumatına görə, sənəd Bakıda keçirilən AİB-in Rəhbərlər Şurasının 48-ci toplantısı çərçivəsində imzalanıb.
Həmin kreditin 750 milyon dollari AİB tərəfindən 3 dəfə olmaqla “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ayrılacaq. Yerdə qalan 250 milyon dollar isə bu təşkilata Azərbaycan hökuməti tərəfindən ayrılacaq. Məqsəd enerji paylayıcı sistemin modernizə edilməsini başa çatdırmaqdır.