Azərbaycan Respublikası Dövlət Neft Fondu Yaponiyada daşınmaz əmlaka investisiya planlaşdırır. Bunu Trend-ə müsahibəsində Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.
2012-ci ildə ilk dəfə Dövlət Neft Fondu London və Moskvada elit daşınmaz əmlak əldə edib və 2013-ci ildə Parisdə daşınmaz əmlaka sərmayə qoyuluşu həyata keçirib.
2015-ci ildə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta həcmi) 28,2 milyard manat səviyyəsində müəyyən olunub. 2014-cü ildə proqnoz – 27 milyard manat,2013-cü ildə – 25.2 milyard manat,2012-ci ildə isə 23 milyard manat səviyyəsində planlaşdırılmışdı.
1 aprel 2015-ci il tarixinə,Dövlət Neft Fondunun aktivləri 2015-ci ilin əvvəli ilə müqayisədə (37 104,1 milyon) ilə müqayisədə 5,86 nisbətində azalaraq 34 930.5 milyon təşkil edib.
Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb və o zaman onun aktivləri 271 milyon dollar təşkil edirdi.