Britaniyanın “British Gas” korporasiyasının Holland-İngilis “Shell” tərəfindən alınması “Karaçaqanak” layihəsinə heç bir təsir göstərməyəcək. “Renergy Co” şirkətinin eksperti Dmitri Lebedev belə hesab edir.
“BG şirkəti “Shell” tərəfindən alındıqdan sonra hər iki şirkətin portfell aktivlərinə yenidən baxılacaq. Hesab edirəm ki, BG şirkətinin “Karaçaqanak” layihəsində payı satılmayacaq”,- deyə o bildirib.
Beynəlxalq KİV-in məlumatına görə, “Shell” BG-ın alınmasından sonra mayeləşmiş qaz bazarında və dərinsulu yataqların işlənməsinə daha çox diqqət ayıracaq. Birləşmiş şirkətin “Karaçaqanak” layihəsindən çıxması layihənin həyata keçrilməsinə təsir göstərməyəcək.
“Karaçaqanak” layihəsində “British Gas” şirkətinin payı 29.25% təşkil edir.
“Karaçaqanak” Qazaxıstanda böyük neft və qaz yataqlarından biridir. Yatağın sahəsi 280 kvadrat kvadrat kilometrdir və onun ehtiyatları 1.2 milyard ton neft və 1,35 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.