Rusiya dövlət ststistika komitəsinin məlumatına görə,benzin mart ayı ərzində 8.2%,ilin əvvəlindən isə 8.4% artıb. Fevralda qiymət artımı 0.1%,yanvarda isə 0.3% təşkil edib.
Söhbət avtomobil bazarında satılan benzindən gedir. Martda benzin Rusiyanın 15 regionunda,o cümlədən Saxalin vilayəti və Tatarıstanda bahalaşıb. Tümen və Yakutiya istehsalçıları benzinin qiymətini qaldırmayıblar. Benzinin ucuzlaşdığı yeganə vilayət isə İrkutsk olub (-1.9%).
Rosstatın məlumatına görə,ölkədə benzinin müxtəlif markalarının istehlak qiyməti daha çox artıb,nəinki istehsalçıların. Fərq 2-2.3 dəfə təşkil edib.
Bundan əlavə,neftçilərdə qiymətləri üç dəfə artırıblar. 2014-cü ilin eyni dövrü ilə müqayisədə dizel yanacağının qiyməti 2.7 dəfə artıb.