Lukoil Overseas Rumıniya şelfində iki kəşfiyyat quyusunun qazılmasına $200-300 milyon sərmayə yatırmaq niyyətindədir.
2010-cu ildə keçrilmiş tenderin nəticələrinə görə, 2011-ci ilin fevralında “Lukoil Overseas” şirkətinin iştrak etdiyi konsersium Rumıniyanın mineral resurslar agentliyi ilə Qara dənizin rumın şelfində iki blokun işlənməsinə dair müqavilə imzlamışdı.
Layihədə “Lukoil Overseas” şirkətinin payı 72%,PanAtlantic 18%,Romgaz şirkətinin isə 10%-dir.
2014-cü ilin noyabrında “Lukoil Overseas” qazma proqramına başlayıb.
Birinci qazma quyusu “Helena-1X” Rumıniyanın dəniz sahillərindən 185 km şərqdə yerləşən “Est Rapsodiya” blokunda qazılır.”Traydent” blokunda qazılacaq iki quyu qazma proqramının növbəti mərhələsi olacaq.