Cümə axşamı, Sentyabr 3, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İlham Əliyev: “TAP layihəsinə süni əngəllər yaradılır”

11/04/2015
4
BAXIŞ
Share on FacebookShare on Twitter

İlham-Aliyev14Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin iclasında yekun nitqi zamanı Cənub Qaz Dəhlizinin reallaşması yönündə işlərin vəziyyəti haqda da danışıb.

Virtualaz.org saytı xəbər verir ki, dövlət başçısı Azərbaycanın Avropa üçün yeganə alternativ qaz təchizatı mənbəyi olduğunu, fevral ayında Bakıda Cənub Qaz Dəhlizinə daxil olan ölkələrin nazirlər toplantısının keçirildiyini və bu toplantıda Azərbaycanın Avropanın enerji təchizatında lider rolunun vurğulandığını xatırladıb.

Prezident deyib ki, ötən ay Qarsda TANAP qaz kəmərinin təməli qoyulub və bu layihənin həyata keçirilməsi yönündə işlər uğurla davam edir. Lakin Azərbaycan prezidenti Transadriatik Qaz Kəməri (TAP) layihəsinin qarşısında “bəzi süni əngəllər yaradıldığını”, bu əngəllərin aradan qaldırılmasının Avropa İttifaqının vəzifəsi olduğunu da deyib. İlham Əliyev bildirib ki, Azərbaycan Avropanın enerji təchizatına dair üzərinə götürdüyü bütün öhdəliklərə, verdikləri bütün vədlərə əməl edir, boş-boş bəyanatlar səsləndirmir və konkret hansı vəzifəni qarşıya qoyubsa onu həyata keçirir.

Azərbaycan prezidenti TAP layihəsinin qarşısında yaradılan əngəllər barədə ətraflı danışmasa da söhbətin bu layihə ətrafında Yunanıstan və İtaliyada gedən proseslərdən getdiyini təxmin etmək olar. Virtualaz.org bu mövzunu diqqətdə saxlayır və bir neçə dəfə öz təhlillərini oxuculara çatdırıb.

Xatırladırıq ki, Yunanıstanda radikal solçuların daxil olduğu koalisiya parlament seçkilərində qalib gəlib hökuməti formalaşdırandan sonra Afina əvvəlki hökumətin TAP layihəsinə dair imzaladığı müqaviləyə yenidən baxılacağı haqda bəyanatlar verib. Yunanıstan hökuməti bildirir ki, bu layihəni dəstkləməyə hazırdır, ancaq bir şərtlə: TAP-a dair tranzit müqaviləsinə yenidən baxılsın və Yunanıstanın daha çox tranzit gəlirləri əldə edilməsi təmin olunsun.

Habelə, Rusiya və Türkiyənin Yunanıstan sərhədinə qədər çəkməyə hazırlaşdıqları “Türk axını” qaz kəməri layihəsi də Azərbaycan qazının Avropaya nəql edəcək dəhliz ətrafında siyasi intriqaları artırıb. Digər tərəfdən İtaliyanın cənubunda Azərbaycan qazını Avropaya nəql edəcək kəmərin ətraf mühitə zərər vuracağı iddiaları ətrafında kampaniyalar ara vermir. Hətta bu yaxınlarda TAP konsorsiumunun podratçı şirkətlərindən birinin texnikası sıradan çıxarılmışdı və İtaliya mediası kəmərə qarşı yeni sabotajların ola biləcəyini yazırdı.

Şübhəsiz ki, İtaliya və Yunanıstan Avropa İttifaqının üzvü olduğu üçün bu əngəllər ilk növbədə Brüsseli narahat etməlidir. Rəsmi Brüssel hər cür bürokratiyanı bir kənara qoyub Cənub Qaz Dəhlizinin reallaşmasını ləngidə biləcək əngəlləri sürətlə aradan qaldırmalıdır. Əks halda uduzan Azərbaycan olmayacaq…

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.