2015-ci ilin birinci rübündə Britaniyanın BP şirkətinin təmiz mənfəəti keçən ilin dördüncü rübü ilə müqayisədə 26.24% azalaraq 2.602 milyard dollar təşkil edib.
BP şirkətinin rüblük gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 41% azalaraq 54.92 milyard dollar olub. Birinci rübün sonuna BP şirkətinin təmiz borcu 25,123 milyard dollar təşkil edib.
BP-nin ümumi hasilatı keçən rübdə gündə 2.3 milyon barel neft ekvivalenti təşkil edib ki,bu da 2014-cü ilin birinci rübünün göstəricisindən 8.25% çoxdur.