2015-ci ilin I rübündə Azərbaycanda neft hasilatı 10 mln. 669,1 min ton təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 1,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2015-ci ilin I rübündə Azərbaycanda təbii qaz hasilatı 7 mlrd. 323,6 mln. kubmetr (azalma 3,6%) təşkil edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə respublikada neft hasilatı 41,9 mln. ton, əmtəəlik qaz hasilatı 18,7 mlrd. kubmetr təşkil edib.
Hökumət 2015-ci ildə neft hasilatını 40 mln. 615,6 min ton, qaz hasilatını (əmtəəlik qaz da daxil olmaqla) 28 mlrd. 420 mln. kubmetr həcmində proqnozlaşdırır.