ABŞ Energetika nazirliyinin enerji informasiyaları idarəsinin (EIA) məlumatına görə,mayda ABŞ-da şist neft hasilatı gündə 57 min barel azalacaq.
İdarə 2013-cü ildən bəri ilk dəfə hasilatın azalacağını proqnozlaşdırır. Əvvələr idarə hasilatın daha az azalacağını bildirimişdi – gündə 45 min barel. Azalma Şimali Dakota şatatında olan Bakken (23 min barel azalma) və Texasdakı “Eagle Ford” (azalma 33 min barel) yata1ları hesabına baş verəcək.
“Deutsche Bank AG”, “Goldman Sachs Group Inc” və “IHS Inc” analitikləri də ABŞ-da neft hasilatının azalacığını proqnozlaşdırır. Belə ki, qiymətlərin düşməsi qazma qurğularının dayanmasına və iş yerlərinin ixtisarına səbəb olub.